Təhmasib Novruzov: “Müxalifət liderlərinə ancaq hürmək qalacaq ” RƏY-ÖZƏL

“Müxalifətin qarışqanı fil eləməsi ümumən qəbul ediləndir”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, amma gərək o qarışqanın da həqiqətən mövcudluğunu sübut edib, sonra onu böyüdüb fil etmək haqqında düşünəsən: “Yəni Ə.Kərimlinin və özünü müxalifət adlandıran siyasi oyunbazların filə döndərmək istədikləri qarışqa yoxdur axı. Əgər bir siyasi quruma rəhbərlik edirsənsə, ciddi və əxlaqlı siyasət aparmaq lazımdır. AXCP, Müsavat yetkililəri siyasi etikadan uzaq olmaqla xarici ağalarının sifarişlərini yerinə yetirmiş olurlar. Müxalifət təmsilçiləri özlərini reklam etmək və gündəmdə qalmaqdan ötəri hər cür yaramaz əməllərdən istifadə edirlər. Onlar məhz bu əməllərinə görə xarici qüvvələr tərəfindən maliyyə yardımları alırlar. Xarici pozucu qüvvələr öz məkrli istəklərini həyata keçirmək üçün müxalifət təmsilçilərindən bir vasitə kimi istifadə edirlər. Xaricidə olan bəzi qüvvələr Azərbaycan dövlətinin inkişafına qısqanclıq hissi ilə yanaşır, əldə olunan uğurlardan narahat olurlar. Ancaq birmənalı şəkildə demək olar ki, nə xaricdə olan bəzi qüvvələrin, nə də ki, daxildə olan müxalifətin ölkəmiz ilə bağlı məkrli istəkləri heç vaxt baş tutmayacaqdır. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Bu baxımdan müxalifət liderlərinə ancaq hürmək qalacaq”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə