Qazın "taleyi" Putinin Ermənistana səfərindən asılıdır

Məlum olduğu kimi, qaz tarifi məsələsi daim təxirə salınır, amma səlahiyyətlilər müntəzəm danışıqların davam etdiyini bildirirlər. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus tert.am saytında məlumat yer alır.

Sözügedən saytda qeyd olunur ki, “Past” qəzetinin yaxşı məlumatlandırılmış mənbəsinin məlumatına görə bu məsələ müvəqqəti dayandırılıb, çünki, Rusiya prezidenti Vladimir Putinin Ermənistana nəzərdə tutulan səfəri hələ də uzadılır.

Söz-söhbətlərə görə, qaz tariflərinin artırılması məsələsi Putinin səfəri baş tutmayana qədər gündəmdə olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə