YAP Zəngilan rayon təşkilatında Prezidentin 1 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Bu gün YAP Zəngilan rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin bir ilinin tamam olması münasibətilə rayon tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyasının üzvü olan rayon ümumtəhsil məktəb direktorları, İdarə müəssə rəhbərləri, kənd, şəhər, qəsəbə, inzibati ərazi dairə üzrə nümayəndələr və həmçinin tədbirdə qonaq kimi Milli Məclisinin deputatı İmamverdi İsmayılov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov açaraq tədbir iştirakçılarına cənab Prezidentin 1 illik fəaliyyəti barəsində məlumat verib.

Məruzə üçün söz YAP Zəngilan rayon təşkilatının sədri Nizami Mönsümova verilib. Nizami Mönsümov Azərbaycan Prezidentinin son 1 ildəki səmərəli fəaliyyəti barəsində geniş və məzmunlu nitq söyləyib.

Sonra Zəngilan rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Quluzadə, Rayon ziyalıları - Oktay Ələkbərov və Zakir İbrahimov çıxış edərək zəngilanlıların hər zaman dövlətin və dövlətçiliyin yanında olduqlarını bildiriblər.

Daha sonra “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və millət vəkili İmamverdi İsmayılov çıxış edərək cənab Prezidentin son 1 ildə gördüyü işlər barədə ətraflı məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə