YAP Göygöl rayon təşkilatı gənclər birliyinin IV konfransı keçirilib

Bu gün YAP Göygöl rayon təşkilatı gənclər birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüblər. Konfransı YAP Göygöl rayon təşkilatı gənclər birliyinin sədri Habil İsmayılov açıb və hesbat məruzəsi ilə çıxış edib.

Məruzəçi əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib və bunun nəticəsində, ölkədə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını qeyd edib. Sonra o, gənclər birliyinin hesabat dövründə gördüyü işlər, qazandığı uğurlar barədə məlumat verib.

Konfransda Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov, rayon təşkilatının sədri Turani Əliyev, Milli Məclisin deputatları Naqif Həmzəyev, Pərvin Kərimzadə çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də, idman həyatında gənclərin uğurlarından bəhs etdilər.

Konfransda təşkilati məsələlərə baxılıb, Hüseynov Samir Elyar oğlu YAP Göygöl rayon təşkilatı gənclər birliyinin sədri seçilib. Eyni zamanda, şuranın 15 nəfərdən ibarət tərkibi, həmçinin, YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

Sonda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə