Qurban Məmmədov müxalifətin bəlasına çevrilir

Bu gün milli mənlik şüurundan, vətəndaşlıq borcuna sadiqlikdən məhrum olan alçaq xislətli Orduxan Teymurxan, Tural Sadıqlı, Həbib Müntəzir, Vidadi İsgəndərli, Azər Kazımzadə, kimi parazit satqınların səsinə səs verən xəyanətkar "hüquqşünas", əslində, separatçıların "vəkili" rolunu oynayan Qurban Məmmədov indi də "Azərbaycan Xalq Hərəkatı"na "liderlik" iddiası ilə sabiq daxili işlər naziri İsgəndər Həmidovla "qoç döyüşünə" çıxaraq, özünü "ən layiqli lider" saydığını bildirib. Bu təəccüb də doğurmur. Uzun müddətdir ki, ermənipərəst qüvvələrin dəyirmanına su tökməklə məşğul olan bu satqın və xəyanətkar dəstənin son vaxtlarda sosial şəbəkələrdəki antimilli fəaliyyətdəki məqsədləri Azərbaycanda reallaşdırılan inqilabi islahatlardır və bu "AXH"-yə "lider" olmaqla bu çirkin niyyətlərini həyata keçirməkdir. Ancaq satqın Q.Məmmədov anlamalıdır ki, sosial şəbəkə vasitəsi ilə ölkəmizin əleyhinə apardığı "qara piar" kampaniyasının rəngini gündən-günə nə qədər tündləşdirsə də, heç nəyə nail ola bilməyəcək. Çünki Azərbaycan ictimaiyyəti yaxşı anlayır ki, belələri ancaq onun-bunun beş-üç qəpiyi ilə səs-səsə verərək, hürürlər. Qoy hürsünlər. Necə deyərlər, "it hürər..."

Bu gün həmin hürənlər Londonda "siyasi mühacirlik" edən, adını "vəkil" qoyub vəkillikdən başqa hər şeylə məşğul olan Q.Məmmədov "AXH"-nin "lideri" olarsa, nə əldə edəcək?

Xəyanətkar "hüquqşünas"ın quduzluğu

Bu yerdə, həqiqətən də, itin quduzlaşması düzələn deyil. Görünən budur ki, Q.Məmmədov öz istəyinə çata bilmədiyi üçün indi də sabiq daxili işlər naziri İ.Həmidovla davaya çıxıb. Atalar yaxşı deyib ki, bələdçisi qarğa olanın dimdiyi həmişə zibillikdə olar. Çünki Azərbaycana qarşı aparılan antimilli "savaş"ın sonu iflasa uğurayır.
Təbii ki, ölkə başçısı dəfələrlə anti-Azərbaycan qüvvələrə qarşı siyasi iradəsini qəti şəkildə ortaya qoyub. Hətta bu qüvvələrə qarşı Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da davamlı yazıları göstərir ki, bu qüvvələr iflasa uğramış bir zümrəni təmsil edir. Əli Həsənovun təbirincə desək, xaricdən maliyyələşən və idarə olunan "iaşə müxalifəti", nə qədər cəhd etsə də, ölkəmizin suverenliyinə xələl gətirə bilməz. Ölkə başçısı İlham Əliyevin siyasi iradəsi qarşısında isə bütün antimilli qüvvələr məğlubiyyətə məhkumdurlar.

Cəmil Həsənli: "Qurban Məmmədov ömrü boyu işi öz "dostlarının" əleyhinə "kompromat" toplamaq olub"

"Milli Şura"nın sədri Cəmil Həsənli ilə İngiltərədə yaşayan vəkil Q.Məmmədovun "AXH"-nin "lideri" olmaq iddiasına düşdüyünü görüb sosial şəbəkələrdə AXC-Müsavat hakimiyyəti dövründə etdiyi satqınçılıqları barədə açıqlamalar verib. C.Həsənli Q.Məmmədovun vaxtilə Pənah Hüseyn üçün kabinetində telefon danışıqlarına gizli qulaqasma aparatları quraşdırdığını iddia edib. "Bütün ömrü boyu bu adamın işi öz "dostlarının" əleyhinə "kompromat" toplamaq olub", "Milli Şura"nın sədri istehzalı tərzdə onu da yazıb ki, Q.Məmmədovun onun topladığı "kompromat" qovluqlarını üst-üstə yığsan, boyundan çox-çox hündür olar".
Maraqlı məqam isə budur ki, C.Həsənli Q.Məmmədovu ittiham edərkən, Pənah Hüseynin də "bostanına daş atmağı" unutmayıb: "Deməli, P.Hüseyn baş nazir işləyəndə, kabinetinin arxasındakı məxfi danışıqlar otağının açarını yalnız Qurbana vermişdi. O da bu "etimadı" yüksək qiymətləndirib".
Bir sözlə, hələ çox düyünlərin açılacağının şahidi olacağıq. Beləliklə, tərəflər arasında davam edən bu savaş, bir daha sübut edir ki, qarşıdurmalar "bu xəmirin hələ çox su aparacağından" xəbər verir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...