"Ermənistanın fəlakətə düçar olduğu göz önündədir" ÖZƏL-RƏY

"Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev bütün tədbirlərdə Ermənistana yönəlik mesajlar verir. Artıq uzun müddətdir ki, Prezident tərəfindən Ermənistana və işğalçı ölkəni bu günə qədər müdafiə edərək bu fəlakətə düçar edən qüvvələrə bu xəbərdarlığı verir. Azərbaycan bu siyasəti çox uğurla, bacarıqla yerinə yetirir və davam edir. Bu illər ərzində Azərbaycanın bütün sahələrdəki inkişafına, uğurlarına diqqət yetirmək kifayətdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistanın isə bütün sahələrdə, istiqamətlərdə iflasa uğradığı, fəlakətə düçar olduğu göz önündədir: "Yəni kim qazanıb, kim itirib bunu müqayisə etmək çox asanddır. Ermənistanın indiki siyasi rəhbərliyi özündən qabaqdakı o cinayətkarların yolu ilə getməkdə davam etsə, təbii ki, Ermənistan bundan da artıq pis vəziyyətə düşəcək. Görün bu regionda Ermənistan hansı bir beynəlxalq layihədə, kontraktda və s. iştirak edib. Təbii ki, heç birində. Ermənistanın heç bir əlaqələri yoxdur. Artıq Ermənistanda müəyyən siyasi qüvvələr, siyasi partiyalar, cəmiyyətlər, təşkilatlar və Ermənistandan kənarda fəaliyyət göstərən tanınmış erməni ictimai xadimləri bir-birinin ardınca bəyanatlar verirlər ki, "biz bu işğalçılıq siyasətindən əl çəkməliyik. Biz o torpaqlardan çıxmalıyıq. Biz regionda yaşamaq, əməkdaşlıq etmək istəyiriksə, işğala son qoyulmalıdır". İşğala son qoyulmasa təbii ki, Ermənistan bundan da pis vəziyyətə düşəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə