Türkiyə Avrasiya siyasəti ilə yoluna davam etməlidir VIDEO-MƏQALƏ

Koray Kamacı: “Türkiyə keçmişdə Klaudionun istədiyi şəkildə illərini fəda etmişdi”

“Amerika xüsusilə gələcək zamanlarda Avrasiya Birliyi layihəsinə qarşı, bölgədə özünün quracağı Böyük Qafqaz layihəsi ilə tarazlığı dəyişdirmək istəyir”. SİA xəbər verir ki, sözügedən siyasi analiz Türkiyənin nüfuzlu analitik yazarı Koray Kamacının bursaarena.com.tr saytındakı videoməqaləsində qeyd olunub.

Məqalədə ABŞ-ın Avrasiya regionundakı maraqları incələnib, müəyyən nəticələr və proqnozlar sadalanıb.

ABŞ-ın Böyük Qafqaz layihəsinin mərkəzində Türkiyə dayanır

Qeyd olunur ki, ABŞ-ın siyasi hakimiyyəti özəlliklə Qafqaz ölkələri başda olmaqla, türkdilli dövlətlərə müxalif olan bütün kəsimi bu layihə çərçivəsində toplayıb, vahid güc birliyi yaratmaq istəyindədir. SİTAT: “Amerikanın ən böyük məqsədlərindən biri də, Avrasiya Birliyini təsirsiz hala salmaq üzərində fəaliyyət göstərməkdədir. Amerika, Avrasiya blokunu bu layihə ilə, yəni Böyük Qafqaz layihəsi ilə, Cənubdan da ərəb “NATO”su ilə əhatələməyə çalışacaq. Bu mənada, ABŞ ayrıca olaraq, xüsusilə Qara dənizlə Aralıq dənizi nəzarət altında tutmağa hədəfləyir. Bütün bu layihələrin mərkəzində isə Türkiyə dayanır. Bunu heç bir zaman unutmamalıyıq”.

Müəllif bildirir ki, ABŞ Böyük Qafqaz layihəsini uzun zamandır ki, qlobal monarxiyasının gələcək vizyonu baxımından planlaşdırır və həmin layihəni bütün detalları ilə hazırlayıb: “Bu bölgələrdəki müxalifləri layihə ətrafında birləşdirmək planı da mövcuddur. Özəlliklə, Orta Asiyadakı FETÖ aktiv olaraq istifadə ediləcəkdir”.

Türkiyədə ABŞ-a qarşı böyük ictimai rezonansa səbəb olacaq antiimperializm hərəkatına başlanılacaq

Koray Kamacı siyasi təhlilində Türkiyədən də müəyyən müxalif qrupların adıçəkilən layihəyə cəlb olunacaqlarını istisna etməyib və sual edib: “Türkiyədə bu mövzuda hansı siyasi müxalif qrup layihəyə daxil ediləcəkdir? Maraqlıdır, burada bəzi tanınmış qruplar və şəxslər ola bilərmi? Sözügedən mövzunu yaxın vaxtlarda daha təkmil şəkildə analiz edəcəyik”.

Müəllif yazır ki, Amerika imperializminin Orta Asiya və Qafqaz siyasətlərində Türkiyənin hansı tərəfdə olması da diqqət mərkəzindədir. Belə ki, ABŞ-ın Rusiya-Türkiyə əlaqələrini seyr etməsi Türkiyənin xarici siyasətini anlaması baxımından önəmlidir. Kamacıya görə, yaxın vaxtlarda Türkiyədə ABŞ-a qarşı böyük ictimai rezonansa səbəb olacaq antiimperializm hərəkatına başlanılacaq. Bu mənada, analizini davam etdirən müəllif qeyd edir: “Türkiyənin regional siyasətlərini doğru şəkildə analiz etmək lazımdır. Türkiyədə Avrasiya siyasəti birbaşa 2200 illik qədim dövlət siyasəti olaraq ortaya qoyulmaqdadır. Avrasiya Birliyi layihəsi Türkiyə dövlətinin hazırkı 100 ildə ən böyük hücumlara məruz qala biləcəyi bir layihədir. Müəyyən qurumlar ser sindromundan çıxaraq, daxilə qapanıb müdafiə olunmağa deyil, hücuma qarşı istiqamətlənmiş strategiya ilə hərəkətə keçməlidirlər”.

Boltonun ziyarətinin kökündə ABŞ-ın Böyük Qafqaz siyasətinə aid ipuclarının olduğunu mütləq şəkildə göstərir

“Türkiyə Avrasiya Birliyi içində təsirli və təcrübəli olacaq.”, deyə yazan müəllif ölkədaxili siyasi qurumların da buna görə dizayn edildiyini bildirib: “Xüsusilə 15 iyul dövlət çevrilişi cəhdindən sonra, bu qurumlarda böyü yoxlamalara başlanıldı. Bu, hər sahədə təsirini göstərəcək.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın beynəlxalq məsələlər üzrə müşaviri Con Bolton oktyabr ayında Azərbaycanı, Ermənistanı və Gürcüstanı ziyarət etmişdi. Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar, Amerika-Rusiya arasındakı gərginlik və Türkiyə ilə S-400 məsələsindəki inkişaf, eləcə də, bölgələrin dəyişən tərəfləri göz önünə gətiriləndə Boltonun ziyarətinin kökündə ABŞ-ın Böyük Qafqaz siyasətinə aid ipuclarının olduğunu mütləq şəkildə göstərir. Amerikanın Böyük Qafqaz layihəsi bölgədə xüsusilə, Rusiya, Türkiyə, İran və Çin üçün təhlükə yaratmaqdadır. Bu mənada, həmin dövlətlər Amerikanın bu siyasətinə daha çox diqqət yetirəcəklər.

Amerika Türkiyə ilə strateji müttəfiqdən daha çox strateji bir düşmən kimi davranır

Türkiyə hər nə olursa-olsun, artıq Atlantika ötəsi marağında deyil, Avrasiyaya yönəlmiş siyasətlə yoluna davam etməlidir.Nəticədə bu günlərdə məlum S-400 böhranda Amerika Türkiyə ilə strateji müttəfiqdən daha çox strateji bir düşmən kimi davranır. Bu mənada, Henri Kessincerin bir sözü unudulmamalıdır: “Amerikanın dostu olmaq, düşməni olmaqdan çətindir”. Necə ki, bu sözün önəmi son vaxtlar öz təsdiqini tapmaqdadır. Türkiyə keçmişdə Klaudionun istədiyi şəkildə illərini fəda etmişdi. Amma artıq vəziyyət dəyişib və yeni dünya düzənində Türkiyə Avrasiya siyasəti ilə bölgənin önəmli siyasi və enerji mərkəzi olacaq. NATO-ya qarşı ən böyük güc Avrasiya Birliyidir. Türkiyə Avrasiya Birliyi içində tarixi bir yer tutmağı bacarıb və Türkiyə gələcək zamanda Avrasiyanın parlayan ulduzu olacaq!”.

Videoməqaləni orijinal türkcədən bu linki tıklayaraq, dinləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=RnwJbghhvYI

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə