Ermənistanda qazın qiymətinin formalaşdırılması mexanizmi ləngiyir

Ermənistanın enerji infrastrukturu və təbii resurslar nazirinin səlahiyyətlərini icra edən Qareqin Baqramyan sərhəddə qazın qiymətinin artdığını, lakin əhaliyə dəyişməməsi səbəbindən borcların toplandığı barədə məlumatları rədd edib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında məlumat dərc olunub.

G.Bağıramyan aysor.am saytının sualına cavab verərkən, "Dövlət heç bir borc yığmır" deyib. Onun sözlərinə görə, "Qazprom Ermənistan" müəyyən təkliflər hazırlayıb, ona görə qiymət subsidiyalaşdırılacaq və bu təkliflər "Qazprom" ilə müzakirə olunmalıdır.

Jurnalistlərin, "Qazprom Ermənistan" müfəttişləri işdən azad edir, sonra qiyməti subsidiyalaşdırır, iradlarına G. Bəhramyan belə cavab verib:

“Şirkətdə optimallaşdırma prosesi başlayıb və bu optimallaşdırma çərçivəsində müfəttişlər arasında da azalma ola biləcək”. O qeyd edib ki, ixtisar hətta menecment tərkibində də ola bilər.

G.Baqramyan həmçinin, Moskvada keçirilən hökumətlərarası komissiyanın iclasında sərhəddə qaz qiymətləri mexanizmləri haqqında saziş layihəsinin iyulun 1-dək təqdim olunacağı barədə razılaşmanın əldə olunduğunu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...