Ermənistan parlamenti təklifi dəstəkləmədi

Ermənistan parlamenti öz tarixində ilk dəfə olaraq maliyyə naziri Atom Cancuqazyanın istefası əleyhinə səs verib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytı məlumat yayıb.

“Bu bütün nazirlərə xəbərdarlıqdır”-deyə “Parlaq Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan qeyd edib.

Sözügedən saytda qeyd olunur ki, bu məsələnin meydana gəlmə səbəbi nazirin “Parlaq Ermənistan” partiyasına ünvanladığı yazılı müraciəti olub. Xüsusilə, nazir bütün suallara eyni təkliflərlə cavab verib ki, bunu da deputatlar parlamentə hörmətsizlik kimi qəbul ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə