"Ermənilər qondarma "soyqırımı" iddiasından əl çəkməlidir" ÖZƏL-ŞƏRH

"Erməni genosidi yalanı ilk dəfə 1965-ci il 20 aprel tarixində Uruqvay senatı tərəfindən tanınıb. Bunun üzərindən 40 il sonra Rusiya Duması qondarma soyqırım barədə bəyanat imzaladı.1995-ci ildən etibarən bu günümüzə qədər 27 dövlət bu və ya digər şəkildə saxta soyqırım barədə bəyanatlar imzalayıb və onu tanıyıblar. 1000 ildən artıq bir dövr ərzindən 20-ci əsrin əvvəllərinə qədər erməni xalqı türk torpaqlarında rahat və əmin-aman şəkilində yaşayıb. Onlar Osmanlı və səfəvi hakimiyyətləri dövründə xüsusi qayğı və diqqətə malik olublar. Dövlətçilikləri olmasa da yaşadığı dövlətə xidmətlərinə görə hər zaman qiymətləndiriliblər". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Osmanlı hakimiyyətində ermənilər “sadiq xalq“adını almışdılar: "Erməni xalqının əsas faciəsi isə Rusiya imperiyasının türk torpaqlarına nəfs salmasından sonra başlayıb. Ruslar tərəfindən şirinikləndirilərək aldadılan ermənilər Osmanlı dövlətinə qarşı xəyanət etməyə başladılar. Müharibə davam edən zamanda isə təhlükəsizlik baxımından bir neçə min erməni türk torpaqlarından sürgün edildi. Döyüşlərdə Rusiya tərəfindən iştirak edən ermənilər xüsusi qəddarlıqları ilə seçilirdilər. Məhz həmin ərəfədə dişinə qədər silahlandırılmış erməni qüvvələri Türkiyə və Azərbaycan ərazilərində yüz minlərlə türkü qətlə yetirdilər. Bu xəyanətinə görə isə ermənilərə gələcəkdə dövlət qurmaq vədi verildi. Nəticədə 1918-ci ildə Azərbaycan torpaqlarında erməni dövləti yaradıldı. Bunula kifayətlənməyən irtica, davamlı olaraq ərazilərimizdən işğal edib Ermənistanı daha da genişləndirməklə məşğuldur.

Ermənilərin xəyanətindən 40 il sonra bu hadisənin təhrif olunmuş şəkildə gündəmə gətirilməsi və hadisə ilə heç bir əlaqəsi olmayan uzaq Uruqvayda siyasiləşdirilməsi heç də təsadüfi deyildir. 1965-ci ildə Avropada bu yalanı ictimailəşdirmək mümkün deyildi. Lakin ilk addım atılmalı idi. Bu işdə isə o zamankı sovet rejimi və sonradan onun varsi Rusiya xüsusi canfəşanlıq etdi. Bu yalanın davam etməsi və Türkiyəni günahkar çıxartmaq Rusiya və Fransanın ideoloji xəttidir. Bütün bunlara baxmayaraq Ermənistan hakimiyyətinin saxta soyqırımı təbliğatı bölgədə qeyri sağlam mühit yaradır. Ermənilər anlamalıdırlar ki, xarici qüvvələrin maşasına çevirilməsi bu xalqın gələcəyini əlindən alır. Əbədi güclülər və imperiyalar olmur. Rusiya və Fransanın da zəif düşəcəyi gün gələcək. Ona görə də erməni xalqı qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirsə qonşularına qarrşı saxta ərazi və qondarma soyqırımı iddiasından əl çəkməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə