İranlı nazirin səfərinin proqramı açıqlanıb

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin Azərbaycana səfərinin proqramı açıqlanıb. Bu barədə SİA-ya İranın Azərbaycandakı Səfirliyinin Mətbuat Şöbəsinin rəisi Seyid Əli Musəvi bildirib ki, səfər zamanı iranlı nazir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, eləcə də biznes nümayəndələri ilə görüşəcək.

Bundan əlavə, o, Hacıqabul sənaye məhəlləsində Azərbaycan və İranın avtobusqayırma və yedək hissələrinin birgə istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edəcək.

Səfər zamanı Azərbaycanda İran Ticarət Mərkəzinin açılışı baş tutacaq, həmçinin ikitərəfli iqtisadi və enerji layihələri, Şimal-Cənub Dəhlizi, Rəşt-Astara dəmiryol layihəsi, sərgi əməkdaşlığı, əməkdaşlıq memorandumlarının imzalanması haqqında müzakirələr aparılacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə