"Zərifin Ankaraya səfirinin məqsədi nə idi?" ÖZƏL-RƏY

“Ankaranın qonağı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi idi. Tehran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Suriya prezidenti Bəşər Əsədlə barışdırmaq istəyir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Zərifinin Ankaraya səfirinin əsas məqsədi bu idi: “Aydındır ki, Ərdoğan bəlkə də haqlı olaraq Əsədin ünvanına o qədər ağır ifadələr işlədib ki, geri addım atmaq istəmir. Ancaq siyasət mümkün olanın reallaşdırılmasıdır. Ərdoğan Əsəd kimi Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, Ərdoğan yenə Əsəd kimi Vaşinqtonun İsrailin Colan təpələri üzərindəki nəzarətini dəstəkləyən siyasətini qınayır, PKK və onun uzantıları Türkiyə kimi Suriya üçün təhdiddir.

Göründüyü kimi əsas mövzularda Ankara ilə Dəməşqin mövqeləri üst-üstə düşür. Ona görə də prezidentlərin növbəti illər üçün küsülü qalmaları üçün əsası yoxdur. Tehranın xarici siyasətinin sərt tənqidçilərindən olsam da, Əsədlə Ərdoğanı barışdırmaq üçün vasitəçilik təşəbbüslərini müsbət qarşılayıram. Əsəd çox qanunsuzluqlar edib, ancaq Rusiya və İranın köməyi ilə ölkə üzərindəki nəzarəti geri qaytardı. Ankara bu reallığı qəbul etmək məcburiyyətindədir. Ankarada söhbət etdiyim ekspertlər bu mövzuda fikir bildirməyə həvəsli olmasalar da, hiss olunur ki, onlar da Əsəd reallığını qəbul edirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...