Notrdam yanarkən İsa Məsih orada olub? İDDİA + FOTOLAR

38 yaşlı Şotlandiya sakini Lesli Rouen iddia edir ki, Parisin Notrdam kilsəsi yanarkən, orada İsa Məsihin alovlu fiquru görünüb. SİA xəbər verir ki, bu barədə xarici mətbuat yazır. “Bu mənim xəyalımın oyunu ola bilər, lakin fotoya diqqətlə baxın - siz orada nə görürsünüz?”, deyə şotlandiyalı Facebook səhifəsində yazıb.

Maraqlıdır ki, həmin iddia olunan ilahi anı yalnız Rouen görməyib. “Bəli, mən onu aydın şəkildə görürəm – uzun əba və sair”, “Bu, mütləq mənada İsadır”, deyə Lesli Rouenin paylaşdığı statusuna verilən rəylərdə qeyd olunub.

Lakin bəziləri skeptik köklənərək, Leslinin arzularının həqiqət kimi görmək istədiyini bildiriblər.

Rouen özü eyni zmanda fotoda nə gördüyünü Daily Record nəşrinə danışıb. “Bu, Məsihin siluetidir. Mən həqiqətən də onun aşkar obrazını görürəm”, deyə qeyd edib və ümidvar olduğunu deyib ki, bu görüntü Paris sakinlərinə, həmçinin dünyanın yerdə qalan hissəsinə belə bir qəmgin vaxtda təsəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə