YAP Tovuz rayon Təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

Tovuz rayon Gənclər Evində Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib. SİA-nın xəbərinə görə, YAP rayon təşkilatının üzvləri konfransdan əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Bundan sonra onlar Gənclər Birliyinin konfranslararası dövrdəki fəaliyyətini əks etdirən video-çarxa tamaşa ediblər.

Konfransı YAP Tovuz rayon təşkilatının Gənclər Birliyinin sədri Nihad Pənahov açaraq hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib və bunun nəticəsində ölkədə yüksək intelektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını qeyd edib. Sonra o Gənclər Birliyinin hesabat dövründə gördüyü işlər, qazandığı uğurlar barədə məlumat verib.

Sonra Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon təşkilatının sədri Məzahir Bayramov, Milli Məclisin deputatı Naqif Həmzəyev, fəal gənclər Yaqub Qasımov, Nigar Ağasəli, Ayşən Əliyeva çıxış edərək ölkəmizin sosial iqtisadi, ictimai mədəni həyatında gənclərin uğurlarından danışıblar, rayon təşkilatı Gənclər Birliyinin Fəaliyyini təqdir etməklə yanaşı, qarşıda duran aktual məsələləri diqqətə çatdırıblar.

Konfransın təşkilati məsələlərə baxılıb Nihad Məmmədtağı oğlu Pənahov YAP Tovuz rayon təşkilatı GB-nin sədri seçilib. Eyni zamanda şuranın 31 nəfərdən ibarət tərkibi, həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.
Rayon təşkilatı Gənclər Birliyi şurasının ilk iclasında 9 nəfərdən ibarət idarə heyyəti və sədr müavinləri seçilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə