“AXH”-nin toplantısında “Milli Şura”ya xəbərdarlıq İTTİHAM

Son günlər çoxsaylı qalmaqalları ilə yadda qalan “Azərbaycan Xalq Hərəkatı” (“AXH”) adlı təşkilatın növbəti toplantısı zamanı Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Taleh “Milli Şura”nı sərt şəkildə ittiham edib və qarşı tərəfin “AXH”-nin işlərinə müdaxilə etdiyini iddia kimi irəli sürüb. Hacı Taleh dolayısı ilə iddia edib ki, AXCP sədri Əli Kərimli və “Milli Şura”nın sədri Cəmi Həsənli müxtəlif üsullarla “AXH”-də təxribat törətmək məqsədi ilə qarşıdurmalar yaradırlar. Bununla bağlı AİP sədri bildirib ki, “Milli Şura” cəmiyyətin maraqlarına xidmət etməməklə yanaşı, təxribat törətmək üçün gözləmə mövqeyi tutub: “Milli Şura” adlı təşkilat gözləmə mövqeyindədir, cəmiyyətin dərdinə dəyməyən hərəkətlər edir. Buradan onlara xəbərdarlıq edirəm”.

Xatırladaq ki, “AXH” daxilində yaşanan qarşıdurmalarda əsas şəxslərdən biri də AMDP sədri İsgəndər Həmidovdur və onun “Milli Şura” rəhbərliyi ilə sıx əlaqələri mövcuddur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə