Ermənistan hakimiyyəti “putinyönlü” xarici siyasət aparır Erməni politoloq

Ermənistan hakimiyyəti “putinyönlü” xarici siyasət aparır. SİA news.am-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində erməni politoloqu Armen Badalyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın xarici siyasəti ona tərəf yönəlib ki, baş nazir Rusiyanın prezidenti Vladimir Putinə Ermənistandakı dəyişikliklərin xarici güclər tərəfindən müdaxilə edilmədiyini isbatlamağa çalışır: “Bu, Qərb sturkturlarının Ermənistandakı hadisələrə münasibət bildirdikləri zaman, erməni hakimiyyətinin, xüsusilə XİN kəskin bəyanatları ilə nümayiş etdirilir”, deyən Badalyan dediklərini həm də belə izah edir ki, bu gün Rusiya telekanallarında Ermənistan haqqında “qeyri-obyektiv” materiallar verilərkən, hakimiyyət həmin məsələyə susqun qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə