“Erməni ilə ailə qurmaq ən əclaf adama ərə getmək kimi bir şeydir” TƏPKİ+FOTOLAR

“Mən dəfələrlə demişəm ki, müxtəlif xalqlarla ailə qurmaq olar, biz buna qarşı deyilik”. SİA xəbər verir ki, bu fikirləri mətbuata Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ABU-nin keçmiş direktoru, hazırda Avropada məskunlaşan Elşad Abdullayevin qızının erməniyə ərə getməsi məsələsinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, digər millətlərlə ailə həyatı qurmaq problem deyil, lakin erməniyə ərə getmək düşmənlə ailə qurmaq deməkdir: “Biz rasist deyilik, hər kəsin özünün şəxsi işidir. Avropaya adamlarımız ailələri ilə gediblər, istər-istəməz təmasda olurlar. Biz də görürük, baxırıq ki, qızlarımız başqa xalqların nümayəndlərinə ərə gedirlər. Amma erməni bizim qan düşmənimizdir, bunu bilməmək ən böyük qəbahətdir və yaxud az qala cinayətdir”.

“Erməni bizim düşmənimizdir, erməni ilə ailə qurmaq olmaz”, deyən Akif Nağı hesab edir ki, əgər belə addım atılıbsa, bu itlə evlənmək kimi bir şeydir: “Mən hesab edirəm ki, erməni ilə ailə qurmaq ən əclaf adamla, itlə ailə qurmaq, itə ərə getmək kimi bir şeydir. Ona görə də çox təəssüf edirəm ki, bu hadisə baş verib”.

Qeyd edək ki, sosial şəbəkələrdə bir qrup insan Elşad Abdullayevin qızı Aynur Abdullayevanın erməni Artyom Xaçaturyana ərə getməsi faktını hər vəchlə inkar etməyə çalışıblar. Lakin sabiq rektorun qızı erməniylə evlənməsinə sosial şəbəkədə münasibət bildirib və onun bu münasibəti ikrahla qarşılanıb. Belə ki, Aynur Abdullayeva sosial şəbəkə hesabında erməni və Azərbaycan dilində oxunan mahnıların sədaları altında rəqs edənlərin görüntülərini paylaşıb. Videonun qeyd bölməsinə isə “Baxın, öyrənin, insanlar sülh və dostluq içində necə yaşayır. Bunu millətçilik edənlər üçün paylaşıram” sözlərini yazıb.

Xatırladaq ki, Aynur Abdullayeva 3 ildir erməni Artyom Xaçaturyanla evlidir. Cütlüyün bu evlilikdən 1 övladı var.

Onu da qeyd edək ki, Elşad Abdullayevin adı insan orqanı alverində və s. cinayətlərdə hallanır. Həmçinin, o Avropaya köçdükdən sonra, Azərbaycan dövlətinə qarşı müxtəlif anti-Azərbaycan xarakterli kampaniyalara qatılıb, o cümlədən, radikal müxalifət tərəfindən dəstək alıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə