Emin Həsənli: “Müxalifətin iş-gücü erməni axçiləri kimi qeybət etməkdən ibarətdir” RƏY-ÖZƏL

“Müxalifət liderləri siyasi dəllardan ibarətdir”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, onlar sağlam təfəkkürdən və düşüncədən uzaqdır: “Bir əməli iş sahibi də deyillər. İş-gücləri ancaq erməni axçiləri kimi qeybət etmək, erməni dığaları sayağı avara-avara danışmaqdan ibarətdir. Həmin boş boğazların indiki hay-küyləri boş və mənasızdır. Çünki, hər kəs çox gözəl bilir ki, müxalifət Hacılı, İsa Qəmbər və digərləri xırda məişət məsələlərini gündəmə gətirməklə ən azı mətbuatın diqqət mərkəzinə çevrilməyə çalışırlar. Halbuki, hər zaman onların arasında qarşıdurma olub və bu gün də, o qarşıdurma davam etməkdədir. Qısası onlar bir-birilərinə nifrət edirlər. Misal olaraq “REAL” sədr İlqar Məmmədovla “Milli Şura”nın rəhbəri Cəmil Həsənli-AXCP sədri Ə.Kərimli qarşıdurmasını göstərmək olar. Ancaq İ.Məmmədov həbsdə olanda ondan istifadə edib, hay-küy salır, bəzən də onu qəhrəman kimi təqdim etməyə çalışırdılar. Elə ki, İ.Məmmədov Cənab Prezidentin Əfv Sərəncamı ilə azadlığa çıxdı, dərhal dil qəhrəmanları mövqelərini dəyişdilər. İ.Məmmədov oldu, düşmən, C.Həsənli və Ə.Kərimli ona qarşı hər cür ittihamlar irəli sürüdülər, satqın və xəyanətkar adlandırdılar. Sual yaranır, niyə? Çünki İ.Məmmədov və ətrafındakılar bir çox məsələlərdə Ə.Kərimli və C.Həsənli ilə razılaşmır və bəzi məqamlarda bunların dediklərini qəbul etmir. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən bu şəxslər üçün bir prinsip var: biz yalan, böhtan desək, onu hər kəs qəbul etməlidir, qəbul etməyənlər satqın və xaindirlər, bizim düşmənlərdən biridirlər. Bax bunların siyasətdə yanaşmaları bundan ibarətdir. Artıq 26 ildir ki, müxalifət düşərgəsini təmsil edən şəxslər elə eyni bu cür yanaşmadadırlar və bunlarda heç nə dəyişməyib. Yəni əvvəlki fikir, əvvəlki abu-hava dəsti-xəttini saxlamaqdadır. Demək olar ki, müxalifətin özü də çox yaxşı bilir ki, bu gün onların xalqımız tərəfindən heç bir siyasi dəstəyi yoxdur və bundan sonra da olmayacaqdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə