Qusarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib

Qusar rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ağacəkmə kampaniyasına start verilib. Azərbaycanda ekologiyanın qorunması ilə bağlı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənənin davamı olaraq, bu gün ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, o cümlədən, mövcud yaşıllıq sahələrinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ağacəkmə kampaniyasına qatılmış YAP Qusar rayon təşkilatının fəalları tərəfindən gün ərzində 800-dən artıq dekorativ ağac əkilib.
Ağacəkmə kampaniyası, mütəmadi olaraq, rayon mərkəzində və bütün yaşayış məntəqələrində davam etdiriləcəkdir. Ulu Öndərin ad günü ilə bağlı həyata keçirilən abadlıq-yaşıllaşdırma işləri müdrik rəhbərin təbiətə, gözəlliyə olan sevgisi, Azərbaycan təbiətinin qorunması ilə bağlı tövsiyələrinin həyata keçirilməsinə bir töhfə olacaq.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə