Erməni iqtisadçı Paşinyan hökumətini yıxıb-sürüdü ANALİTİK

Vardan Bostancyan: “Vətəndaşlar dəhşətli qeyri-müəyyənlik içindədirlər, onlar peşman olublar”

Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqda erməni icması ilə görüşü zamanı 50 min yeni iş yerinin açılacağı ilə bağlı dediyi sözlər erməni ictimaiyyətində istehza yaradıb. Artıq hakimiyyətinin bir ilini geridə qoymuş Paşinyan və onun komandası “məxməri inqilab” zamanı sayəsində iqtidara yiyələndiyi xalqa verdiyi vədlərini yerinə yetirə bilmir. Onun mövcud problemləri həll edə bilməməsi, narazıların sayını get-gedə artırır. Ermənistanın belə bir vəziyyətdə ayaqda dayana bilməməsində bütün günahlar isə, Paşinyan və onun komandasının üzvlərində görülür.

“Baş nazirə verilmiş bu informasiya cəmiyyətdə açıq şəkildə qəzəb və təəccüb yaradacaq”

SİA xəbər verir ki, bu vədlə bağlı 1in.am saytına müsahibə verən erməni iqtisadçı eksperti Vardan Bostancyan bildirib ki, Paşinyan həmin görüşdə 50 deyil, 51, hətta 100 min iş yerinin açılacağı ilə bağlı vəd verə bilərdi, lakin istənilən halda Ermənistan respublikasının vətəndaşları qeyri-müəyyən və çaşqın vəziyyətdədirlər: “Məsələ onda deyil ki, onlar işsizdirlər, onlarda gəlir də yoxdur və bu fonda 50 min iş yerləri barədə elan edilərkən, baş nazirə verilmiş bu informasiya cəmiyyətdə açıq şəkildə qəzəb və təəccüb yaradacaq”.

“Onlar özlərindən çıx razıdırlar”

Vardan Bostancyan Ermənistandakı vergi kodeksini də sərt şəkildə tənqid atəşinə tutub və bildirib ki, yeni qəbul edilmiş sənəd heç nəyə cavab vermir. “Burada lirik yanaşma var ki, situasiyanı dərk etməyə, ona yiyələnməyə imkan vermir”, deyən erməni iqtisadçı ekspert əlavə edib ki, vergilər gah azaldılır, gah artırılır, gah ümumiyyətlə götürülür, sonra isə yenidən təyin olunur, bir az indi dəyişək, bir az da sonra: “Bu, onu göstərir ki, biz vəziyyətə sahib olmayan situasiya ilə qarşı-qarşıya qalmışıq. Bütövlükdə biz haraya doğru getdiyimizi bilməliyik. İqtisadi planlanma cəhətdən hansı üstün məsələlər var, biz bu problemləri necə həll edəcəyik, hansı vasitələrdən istifadə etmək olar, bütün bunlarla yanaşı, biz hansı vergi münasibətlərini quracağıq? Mən, kimi isə söymək istəmirəm, sadəcə istəyirəm ki, bu məsələdə yanaşma məntiqli, başa düşülən, olsun, daha özünü tərif etməklə deyil. Çünki onlar (Paşinyan hökuməti-R.N.) özlərindən çox razıdırlar”.

“Bizdə başqa uğurlar olmadığı üçün, indi də avtomobil qəzalarının sayının azalmasını uğur kimi təqdim edirik”

Erməni iqtisadçı digər bir məsələyə də toxunaraq bildirib ki, Ermənistanda kiçik və orta sahibkarlıq çox pis vəziyyətdədir. “Mən inklizivlik barədə danışmaq istəməzdim, hazırkı məqamda vətəndaşlar dəhşətli qeyri-müəyyənlik içindədirlər, onlar peşman olublar. Hansı ki, bir il qabaq böyük gözləntilər zamanı insanlar içik və orta biznesin inkişafına, bu istiqamətdə verilən vədlərə inanırdılar, indi isə hər şey domino daşları kimi aşıb-dağılır, heç nə yoxdur. Bizdə başqa uğurlar olmadığı üçün, indi də avtomobil qəzalarının sayının azalmasını uğur kimi təqdim edirik. Bu, bişmiş toyuğu da güldürə biləcək bir haldır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə