"Yaxşı ki, Trampın ermənilərlə yaxınlığı yoxdur" ÖZƏL-RƏY

ABŞ prezidenti Donald Tramp yenə ortalığı qarışdırdı. Ağ Ev sahibi deyib ki, Holand təpələrini İsrail ərazisi kimi tanıya bilər. Holand təpələrinin sahibi Suriyadır. Bəşər Əsədi bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, Holand təpələrinin sahibi Suriyadır". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İsrail 1967-ci ildə 4 günlük savaşda Suriya üzərində qələbə çalaraq Holand təpələrini işğal edib və həmin bölgəni strateji yüksəklik sayaraq gerçək sahibinə qaytarmır: "İsrail parlamenti 1981-ci ildə "Holand təpələri" haqqında qanun qəbul edib. Bu qanuna görə təpələr İsrail ərazisi kimi elan edilib. Buna baxmayaraq, beynəlxalq aləm işğalı tanımayaraq Holland təpələrini Suriya ərazisi sayır. Gələn həftə İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər edəcək. Görünür, Tramp Netanyahuya qərarını onun özünə Ağ Evdə elan edəcək.

Deyirəm, yaxşı ki, Trampın ermənilərlə yaxınlığı yoxdur, yoxsa ya Dağlıq Qarabağın "müstəqilliyini" tanıyar, ya da Ermənistan "ərazisi" sayar. Hər halda Tramp Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini anlayır və bizim məsələdə səhv addım atmaz. Ancaq Amerikada Azərbaycanın əhəmiyyətini anlamayanlar da var. Məsələn Amerikada prezidentliyə namizədliyini irəli sürən demokrat konqresmen Tulsi Qabbard prezident seçiləcəyi təqdirdə qondarma erməni soyqırımını tanıyacağını, habelə Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərində qurulan oyuncaq "DQR"-in "təhlükəsizliyinə" dəstək verəcəyini açıqlayıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...