Prezident İlham Əliyev tunisli həmkarını təbrik edib

Prezident İlham Əliyev Tunis Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Tunis əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcək.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına sülh və rifah diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə