Ermənilər “milli qəhrəmanını” belə murdarlayırlar TƏBİİ EHTİYAC+FOTOLAR

Ermənilər Yerevanda yerləşən və Ermənistanın “milli qəhrəmanı”, birinci Qarabağ müharibəsində azərbaycanlı hərbçilər tərəfindən gəbərdilmiş erməni terrorçusu Tatuk Krpeyanın adını daşıyan parkda gözlənilməyən hadisə törədiblər. SİA xəbər verir ki, “shamshyan.com”un məlumatına görə, Yerevanın Nork massivində yerləşən parkda bəlli olmayan şəxslər oturacaqları, zibil qutularını dağıdaraq, santexnika xəttlərini, rakvina və s. avadanlıqları zibilliyə çevirib, parkın müxtəlif yerlərində təbii ehtiyaclarını ödəyiblər.

Eyni zamanda bildirilir ki, bu kimi hadisələr həmin parkda tez-tez baş verir. Yerevanın əvvəlki meri Taron Marqaryan parkı təmizlətdirsə də, hazırkı mer ümumiyyətlə, həmin parka diqqət göstərmir. Artıq həmin park yararsız hala düşüb və insanlar ora getməkdən imtina edirlər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə