Erməni bukmeykerləri kütləvi itaətsizlik aksiyalarına başlayırlar ETİRAZLAR

Yaxın günlərdə ciddi etirazlar baş qaldıra bilər, hətta bukmeyker şirkətlərinin ixtisarına səbəb olan “Lotereyalar haqqında” qanuna edilən düzəlişlərlə bağlı itaətsizlik aksiyaları da gözlənilir. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazır.

Qəzetə açıqlama verən mənbələr təsdiq edirlər ki, belə fəaliyyətin nəticəsində minlərlə insanlar ya işsiz qalacaqlar, ya da mütəmadi gəlir mənbələrini itirəcəklər və söhbət yalnız bukmeyker kontorlarından getmir, bu kontorları onlara icarəyə verən insanlar da həmin çətinlikləri yaşamalı olacaqlar.

Məqalədə bildirilir ki, sözügedən qanunun qəbulu nəticəsində Ermənistan nəinki lisenziya yığımı, sosial xərclər, mülk vergisi ilə bağlı nəhəng maddi vəsait itkilərinə məruz qalacaq, eyni zamanda bir çox insanlar işsiz qalacaqlar və bu da əsas problem olan işsizliiyin aradan qaldırılması məsələsinin həll edilməməsi ilə nəticələnəcək.
Artıq bukmeyker kontorlarının bəzi əməkdaşları bu gündən kütləvi aksiyalara başlamaq istəsələr də, onların rəhbərləri hələlik müvafiq addımların atılmasının qarşısını ala bilirlər. Lakin eyni zamanda, qeyd edirlər ki, onlar etiraz edən insanların qarşısını sonuna qədər saxlamaq gücündə deyillər. Belə ki, söhbət 6 min insanın gündəlik qazancından gedir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə