Türkiyə XİN Hollandiyadakı hücumu pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi, Hollandiyanın Utrext şəhərindəki silahlı hücumu pisləyib. SİA-nın "Haberler"ə istinadən verdiyi xəbərə görə, bu barədə XİN bəyanatında deyilir.

"Biz kimin törətdiyindən asılı olmayaraq bu hücumu qəti şəkildə pisləyirik. Bu dəhşətli hadisə nəticəsində həlak olanlara başsağlığı, yaralılara şəfa diləyirik.

"Türkiyə Hollandi hökuməti və xalqı ilə həmrəydir", açıqlamada deyilir.

Ötən gün Hollandiyanın Utrext şəhərində naməlum şəxsin tramvayda atəş açması nəticəsində 3 nəfər ölüb. Hücumu törətməkdə şübhəli bilinən türk əsilli Hollandiya vətəndaşı Gökmen Tanış saxlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə