"Terror hücumu Türkiyədəki müəyyən dairələrə mesajdır"

"Biz İstanbulun Konstantinopola çevrilməsinə icazə verməyəcəyik". SİA "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala dəniz zəfərinin bu gün 104-cü ildönümü münasibəti ilə təşkil edilən tədbirdə bəyan edib.

Türkiyə lideri bildirib ki, Yeni Zelandiyadakı qanlı terror hücumu Türkiyədəki müəyyən dairələrə mesajdır.

"Müsəlmanların və Türkiyənin düşmənləri bizdən nifrət etməyə davam etdiyini göstərdilər. Biz bunu dəf edəcəyik, Çanaqqalada bunu yüksək səslə bəyan etməyə hazırıq", Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, İsrail Baş nazirinin oğlunun anti-türk ifadələri bir çox hallarda Yeni Zelandiya terrorçusunun sözləri ilə üst-üstə düşür: "Bütün bu hücumlar bir mənbədən qaynaqlanır".

"Türk xalqı min ildir buradadır və qiyamətə qədər də bu torpaqlarda yaşayacaq. Biz İstanbulun Konstantinopola çevrilməsinə icazə verməyəcəyik", - deyə prezident vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə