"Forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil" ÖZƏL - ŞƏRH

"VII Qlobal Bakı Forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil”. Bunu SİA-ya millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, VII Qlobal Bakı Forumu Azərbaycanın mövqeyini, gücünü dünyaya göstərən bir tədbirdir: "Bu tədbir Nizami Gəncəvi adına bir forumdur. Burada elə gözlənilirdi ki, forum ədəbiyyat və ya humanitar sahələri əhatə edəcək. Amma bildiyiniz kimi, bu cür tədbirlərdə 50 -dən çox dövlətin həm indiki, həm sabiq prezidentləri, həm baş nazirləri, həm də Nobel mükafatçıaları kimi önəmli insanlar iştirak edir. Belə forumlara son zamanlar daha çox önəm verilir. Artıq birmənalı şəkildə dünyada Bakı beynəlxalq tədbirlərin mərkəzlərindən biri kimi tanınır.

Bu ölkəmiz üçün vacib məsələdir. Çünki forumda humanitar sahələrlə yanaşı dünya üçün gərəkli olan iqtisadi, logistika, regional məsələlər müzakirə olunur. Azərbaycan 10 milyon əhalisi, 86,6 kvadrat kilometr ərazisi olan bir dövlət olsa da, öz çəkisindən qat-qat böyük layihələri, tədbirləri təşkil edir. Bütün bunlar da dünyada Azərbaycanın çəkisini, strateji əhəmiyyətini, təsir etmə imkanlarını artırır. Azərbaycan dünyada yeganə dövlətlərdən biridir ki, ərazisində şimal-cənub, qərb-şərq xətlərini birləşdirir. Ona görə də, ölkəmiz ərazisindən tranzit su, hava, quru yolları keçir.

Azərbaycanın tranzit mövqeyi gündən-günə artır və bu da ölkəmizə mənfəət qazandırır. Bütün bu imkanlara görə, qonşu dövlətlər Azərbaycana paxıllıqla yanaşırdı. Amma ulu öndər Heydər Əliyev bu səpkidə olan bir çox dövlətləri neytrallaşdırdı.

Azərbaycan Xəzər dənizinin özünə aid olan karbohidrogen məhsullarını azad şəkildə çıxarıb, dünya bazarına ixrac edə bildi. Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan ölkələrdən biridir. Bütün bu amillər ölkəmizin nüfuzunu artır. Məhz buna görə də, belə beynalxalq tədbirlər ölkəmizdə baş tutur. Fikrimcə, VII Qlobal Bakı Forumu Azərbaycana bir sıra müsbət amil bəxş edəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə