"Prezident idarəçilikdə qanunları və humanizmi üstün tutur" RƏY-ÖZƏL

“Normal düşüncəyə malik olan hər bir insan Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında imzaladığı sərəncamı alqışlamalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Əfv sərəncamlarının Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən verilməyə başlanıldığını deyən deputat söyləyib ki, bu sərəncamlar əsasında yüzlərlə ailələr sevinib, əzizlərinə qovuşub.

Son sərəncamın 431 nəfər şamil edildiyini xatırladan E.Məmmədov söyləyib ki, bu tərkibdə müxtəlif məsələlər üzrə məhkum olunan insanlar bayram ərəfəsində öz azadlıqlarına qovuşdular: “Azərbaycan dövləti öz qanunları ilə idarə olunur, Prezident İlham Əliyev də ölkə qanunların istinad edərək humanistliyi, insanpərvərliyi, hüququ üstün tutaraq dövlətimizi idarə edir, vətəndaşlarımızın qayğısına qalır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə