“Sərəncam cəmiyyətdə barışa, birliyə yönəlmiş mesaj kimi qiymətləndirilməlidir” RƏY-ÖZƏL

“Bu sərəncam bir humanizm aktıdır”. Bunu SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Onun sözlərinə görə, bu cür Sərəncamların verilməsi, Azərbaycanda artıq ənənə halını alıb: “Cənab Prezident mütəmadi olaraq bayramlar ərəfəsində əfv Sərəncamları imzalayır. Bu dəfə ki, Sərəncam 431 nəfərə şamil olunub. Bunlardan 399 nəfəri cəzanın çəkilməmiş hissəsindən azad edilib. Bu, çox böyük bir göstəricidir. Xeyli sayda Azərbaycan ailəsi yaxına qovuşaraq seviniblər. Bu dəfə ki, əfv Sərəncamının xüsusi özəlliyi ondan ibarətdir ki, bəzi hüquq müdafiə təşkilatlarının “siyasi məhbus” kimi qələmə verdiyi şəxslər də bu sərəncamdan yararlanıblar. O cür siyahılarda olan təxminən 50 nəfərə yaxın şəxs Cənab prezident tərəfindən əfv olunub. Bu, cəmiyyətdə barışa, birliyə yönəlmiş bir mesaj kimi qiymətləndirilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə