“Əfv Sərəncamı hamı tərəfindən alqışlanır” RƏY-ÖZƏL

“Cənab Prezidentin atdığı bu humanist addım təqdirəlayiqdir”. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, bildiyiniz kimi Əfv sərəncamı 431 nəfərə şamil olunub: “Elə bir insan ola bilməz ki, bu sərəncama qarşı etiraz etmiş olsun. Ölkə başçısının Novruz bayramı ərəfəsində yüzlərlə məhkumu əfv etməsi humanizmin göstəricisidir. Əfv olunanlar sırasında müxtəlif siyasi düşüncəyə malik olan insanlar var. Amma buna baxmayaraq, cənab Prezident siyasi baxışından asılı olmayaraq, hamısına humanizm nümayiş etdirərək onları əfv elədi. Əfv olunanlar etdikləri səhvi bir daha təkrar etməməlidirlər. Ölkə rəhbəri tərəfindən atılan bu addım böyük siyasi addımdır. Bununla Prezident İlham Əliyev bir daha böyük qəlbə sahib olduğunu göstərdi. Sərəncama görə, cənab Prezidentə minnətdarıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə