Deputat Kamilə Əliyeva növbəti dəfə seçiciləri ilə görüşüb

111 saylı Zaqatala –Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva növbəti dəfə seçicilərlə görüşüb. Bu dəfə Zaqatala rayonu Uzuntala , Balakən rayonu İtitala və Kortala kəndlərinin sakinləri ilə görüşən millət vəkili seçicilərin problemlərini dinləyib. Problemlərin bəziləri yerindəcə öz həllini tapıb, bəzilərinin həlli üçün isə müvafiq qurumlara müraciət olunacağı söylənilib. Görüşdə həmçinin millət vəkili son üç ay ərzində Prezident İlham Əliyevin fərman və sərəncamlarını kənd əhalisinin nəzərinə çatdırıb. O ölkə başçısının apardığı islahatlar haqqında seçicilərə geniş məlumat verib, bildirib ki, bütün aparılan islahatlar insanların sosial rifahının yüksəlməsinə xidmət edir. Buna əyani sübüt olaraq minimum əmək haqqlarının, pensiyaların, mədəniyyət işçilərinin əmək haqqlarının, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlərin silinməsi, şəhidlərin sığorta pulunun verilməsi, müharibə veteranlarının, əlillərin müavinətlərinin artırılması və bir cox sahələrdə Azərbaycan vətəndaşının rifah halının yuksəldilməsi məqsədi ilə görülmüş işləri qeyd etmişdir.Sonda seçicilər adından çıxış edən kənd sakinləri Cənab Prezidentə öz təşəkkürlərini bildiriblər. Daha sonra millət vəkili Kamilə Əliyeva deputat ofisində də seçiciləri qəbul edib, onların problemlərini dinləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə