"Forum beynəlxalq siyasətin müəyyənləşməsində əhəmiyyətli körpüdür" AÇIQLAMA-ÖZƏL

“Artıq ikinci dəfədir ki mən Azərbaycanda Qlobal Bakı Forumunda iştirak edirəm. Forum qlobal məsələlərin müzakirəsi baxımından çox önəmlidir”. Bu fikirləri SİA-ya açıqlamasında İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Robert İlatov deyib.

O bildirib ki, Forumda müxtəlif maraqlara malik olan ölkələr arasında dünyada mövcud olan qlobal problemlərin həlli istiqamətində qurulan dialoq mühüm əhəmiyyət kəsb edir.

R. İlatov hesab edir ki, Qlobal Bakı Forumu mövcud problemlərlə razı olmayanlar və beynəlxalq siyasətin gələcəyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli körpüdür.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasətlə bağlı fikirlərini bölüşən dostluq qrupunun rəhbəri qeyd edib ki, dünyada baş verənlər fonunda Azərbaycan tərəfindən düşünülmüş xarici siyasət yürüdülür: “ Azərbaycan bütün ölkələrlə düzgün şəkildə əməkdaşlıq və dialoq qurmağı bacarır. Bunun nəticəsidir ki, ölkənizin regionda həm iqtisadi, həm də siyasi baxımından mövqeyinə çox önəm verilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə