"VII Qlobal Bakı Forumu olduqca samballı tədbirdir" ÖZƏL-ŞƏRH

"Bakı şəhərində beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. VII Qlobal Bakı Forumu olduqca samballı tədbirdir. Adından da göründüyü kimi qlobal xarakter daşıyan forum həm də Azərbaycanın dünyadakı gücünü göstərir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı Bakıda keçirilən VII Qlobal Bakı Forumunun əhəmiyyəti barədə danışarkən bildirib.

Millət vəkili bildirib ki, Bakıda keçirilən qlobal forumlar xalqımızın, ölkəmizin tolerantlığının, multikultural dəyərlərə sahib çıxmasının göstəricisidir. Onun sözlərinə görə, Forum həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir: "Forumda çıxış edən ölkə prezidentləri, siyasi xadimlər svilizasiyaların toqquşması barədə dəyərli fikirlər səsləndiriblər. Bu gün Avropada böhran yaşanır, müsəlmanlara, başqa millətlərdən olanlara qarşı fərqli mövqe sərgilənir. Bir sözlə, mədəniyyətlər Avropada toqquşur. Birqütblü dünya bir sıra hallarda cəmiyyətlərə, dövlətlətərə problemlər yaradır. Azərbaycanın dövlət başçısı Forumda çıxışında dünyaya çox ciddi mesajlar göndərdi”.

M.Qasımlı əlavə edib ki, VII Qlobal Bakı Forumunda səslənən fikirlər, irəli sürülən təkliflər bundan sonra ciddi müzakirələrə səbəb olacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə