Sabiq baş katib: "Forum haqqında fikirlərim çox müsbətdir" RƏY-ÖZƏL

“VII Qlobal Bakı Forumu haqqında fikirlərim çox müsbətdir. Çünki illərdir bu forumu izləyir və bəzi fəaliyyətlərində iştirak edirəm”. Bu fikirləri SİA-ya açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu deyib.

O bildirib ki, Forum Azərbaycanın haqlı məsələlərini, inkişaf və uğurlarını dünyaya tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Forumda çıxışına toxunan sabiq baş katib söyləyib ki, dövlət başçısının tədbirdə Azərbaycanın xarici siyasət müvəffəqiyyətləri haqqında məlumat verməsi çox önəmlidir.

İƏT-in baş katibi kimi fəaliyyət göstərdiyi zaman Azərbaycanda dəfələrlə səfərdə olduğunu dilə gətirən Ekmələddin İhsanoğlu vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev və daha sonra Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan gündən-günə daha da inkişaf edir, daha da güclənir: “Dünyada Azərbaycana etibar, inam artmaqdadır. VII Qlobal Bakı Forumu da bu baxımdan çox mühüm əhəmiyyətə malikdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə