"Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir” RƏY-ÖZƏL

“Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət inqilabi xarakter daşıyır. Həqiqətən də, bu gün dövlətimizin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

O bildirib ki, böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır.

Deputatın sözlərinə görə, ölkəmizdə cari ilin əvvəlindən intensiv şəkildə reallaşdırılan böyük sosial paket bütövlükdə cəmiyyətin sosial sifarişlərinin yüksək səviyyədə təmin edilməsinə hesablanıb: “Görülən bütün işlərin arxasında Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun rifahı amili dayanır. Sosial paket reallaşdırılarkən ilk növbədə əhalinin ən həssas təbəqələrinin maraqları nəzərə alınır”.

M.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizdə bu ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb: “Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi çoxsaylı tədbirlər, görülən bütün işlərin nəticəsində Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...