Bahar Murdova: "Beynəlxalq təşkilatlarda fəallığımızı artırmalıyıq" MÖVQE

“Nazirlər Kabinetinin 2018-ci ilin hesabatında xarici dövlətlərlə əlaqədar beynəlxalq fəaliyyətə geniş yer ayrılıb. 2018-ci il bütün dünyada özünəməxsus xarakterik keyfiyyətləri ilə seçilib. Bu hadisələrə ümumi qiymət verməklə yanaşı, ikitərəfli, çoxtərəfli əlaqələri haqqında müfəssəl məqamlar hesabatlarda yer alıb”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Murdova parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə hörə, Azərbaycanın beynəlxalq təşkilatlara əlaqələri və bu əlaqələrə maneçilik törədən məqamlar da hökumətin hesbatında yer ayrılıb.

B.Muradova söyləyib ki, həm rəsmi, həm də parlament diplomatiyası sahəsində həqiqətlərimizin dünyada yayılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətində əlaqələrimizi daha çox koordinasiya etməlyik: “Bildiyiniz kimi bu ilin fevral ayında Milli Məclisin beynəlxalq təşkilatlarda təmsil olunan qrup rəhbərlərinin toplantısını keçirdik. Toplantı çox səmərəli keçdi, və məsləhətləşmələr çox faydalı oldu. Biz həm diplomatik, həm də xaricdə fəaliyyət göstərən diaspora təşkilatları, vətəndaş cəmiyyətləri, hökumət qurumları xüsusilə də XİN-lə əlaqələri daha da gücləndirməliyik. Milli Məclislə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında ciddi fəaliyyət başlanılıb. Etnik harmoniyanın dünyada təbliğ olunması istiqamətində bu qurumun fəaliyyətini xüsusi qeyd etməliyəm”.

Milli Məclisin sədr müavini bildirib ki, hökumətin 2018-ci ilin hesbatında Prezident İlham Əliyevin ikitərəfli və çoxtərəfli şəkildə imzaladığı sənədlər, beynəlxalq qurumlar arasında münasibətlər ciddi şəkildə diqqətdə saxlanılıb.

Hazırda Azərbaycanda VII Qlobal Bakı Forumunun keçirildiyini xatırladan Milli Məclisin sədr müavini qeyd edib ki, forumda iştirak edən beynəlxalq nümayəndələ forumu Davos iqtisadi Forumu ilə müqayisə edir: “Bu, çox mühümdür. Daha çox insanların, beynəlxalq təşkilatların Azərbaycan ətrafında şəbəkə şəklində toplanması işinin təmin edilməsi istiqamətində səylər artırılmalıdır. Müxtəlif formatlar var ki, orada azərbaycanlılar təmsil olunmalıdır. Biz hökumətlə bu məsələ ilə bağlı fəaliyyət göstəməyə hazırıq”.

B. Muradova vurğulayıb ki, beynəlxalq təşkilatlarda fəallığımızı artımaqla Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilərik: “Azərbaycan hökuməti BMT və digər beynəlxalq təşkilatlarda müxtəlif hesabatlar təqim edir. Azərbaycan parlamenti də bu hesabatların tərtib olunması işinə cəlb olunmalı, ən azı bu hesabatlar hazır olarkən bir nüsxəsi də parlamentə təqdim olunmalıdır. Çünki biz eyni formatlı tədbirlərdə müxtəlif mövqelər ortaya qoyuruq. Novruz Məmmədovdan xahiş edirəm ki, bu fərqli məqamların olmaması üçün bir-birimizi daha çox məlumatlandıraq və əməkdaşlıq edək”.

Milli Məclisin sədr müavini əlavə edib ki, əvvəllər Azərbaycanı işğal olunmuş ərazilərə səfər edənlərin “qara siyahıya” salınmasına etiraz edən beynəlxalq təşkilatlar hazırda bu təcrübədən çıxış etməyə başlayıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə