Müxalifəti ağır fəlakət gözləyir

Cəmil Həsənli xaricə, Əli Kərimli kəndinə, İsa Qəmbər və Arif Hacılı isə arxivə gedirlər

Bugünkü reallıq ondan ibarətdir ki, müxalifət düşərgəsində xaos və anarxiya hökm sürür. Dağılma, parçalanma, istefalar fonunda liderciklərin iddialı çıxışları düşərgə daxilində həlli mümkün olmayan problemlərin yaranmasına gətirib-çıxarıb. Artıq çıxış yolu da yoxdur. Partiya sədrlərinin istefalarıda, düşərgənin üzləşdiyi böhranlı durumdan xilas olmasına yardımçı ola bilməyəcək. Xaricdən verilən təlimatlar da bir işə yaramır. Çünki siyasi fəaliyyətə başlayandan bu günə qədər bir-biri ilə birincilik uğrunda "amansız müharibə" aparan bu məxluqlar dinc durmur, müxtəlif vasitələrlə önə çıxmağa çalışırlar. ASDP sədri Araz Əlizadə əlləri xarici məkrli qüvvələrin cibində olan dağıdıcı müxalifətin satqın olduğunu və belə mövqe tutanlarln yanında kiminsə qala biləcəyinin inandırıcı olmadığını söyləyib:"Satqınlıq və xəyanət yolu tutanlara kimsə, o cümlədən, yerli və xarici qüvvələr dəstək verməz. Himayədarlıq yalnız müvəqqəti xarakter daşıya bilər. Sonra isə, yollar ayrılacaq. İndiki müxalifət təmsilçiləri bu reallığı dərk etməlidir."

Müxalif başbilənləri axrivin yaxınlığındadırlar

Yəni xarici maddi və mənəvi dəstəyə, eləcə də, təlimatlara baxmayaraq, müxaliflər yenə də bir-birini gözdən salmaq üçün ənənəvi ittiham vasitələrindən istifadə edəcəklər. Daha doğrusu, artıq bunun ilkin nəticələri baş verməkdədir. AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrin ulduzuna çevrilməsini həzm edə bilməyən Müsavat başqanı Arif Hacılı, ACP-nin keçmiş lideri Rəsul Quliyev və digərləri müxtəlif metodlardan yararlanmaqla, kimsədən zəif olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Təbii ki, bu qovğa və qarşıdurmalar sonda ciddi problemlərin yaranmaslna gətirib- çıxaracaq. Yəni təcrübə, bunu deməyə əsas verir ki, çəkişmələr sonda birinin sıradan çıxarılması ilə nəticələnəcək. Beləcə, "düşmənçilik" hissləri sıravi üzvlərə də keçir ki, nəticədə, partiyalardan kütləvi qopmalar, bir partiyadan digər partiyalara transferlər baş verir. Diqqətçəkən məqam ondan ibarətdir ki, son günlər tarixin arxivinə atlan Rəsul Quliyev, Eldar Namazov, Rüstəm İbrahimbəyov və digərləri peyda olaraq, müyyən təşəbbüslərlə və ideyalarla çıxışlar edirlər. Burada maraqlı sual yarnır: ağıllarına deyil, ağızlarına gələni deməklə gündəmə gəlməyə ümid edən arxivliklərlə Ə.Kərimli, İ.Qəmbər və Arif Hacılı əməkdaşlıq edəcəklərimi? Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, sözügedən şəxslər öz yaramaz maraqlarının təmin olunması üçün şeytanla da əməkdaşlıq etməkdən çəkinməzlər: "Adını çəkdiyiniz insanlar şeytanla da əməkdaşlıq edər, nəinki arxivdəkilərlə. Məsələn, Eldar Namazov gəlib desə ki, filankəs pul təklif edir, 50-50-yə bölüb işimizə başlayaq, Kərimli iki əlini birdən qaldırıb razılıq verər. Bunlarda o qürur, o təpər hardadır ki, mənəvi məsələlərə diqqət yetirsinlər? Liderini satan adamlardan nə gözləyirsiniz? Təbii, bu əməkdaşlıq mümkündür. Sadəcə, məsələ burasındadır ki, bunların beşi birinə dəymir, biri beşinə. Yəni əməkdaşlıq eləsələr də, eyni gündədrlər, eləməsələr də".

Kərimovlar nəsli qərar verib: Əli Kərimli kəndinə qaytarılır

Mövcud faktlara və proseslərə əsaslanaraq demək olar ki, bundan sonra müxalifət başbilənlərinin siyasətdə qalmaları real görünmür. Çünki bütün dayaqlarını və olan-qalan imiclərini itirən partiya sədrlərinin siyasətdə qalmaları öz-özünü, göz görəsi, qulaq eşidəsi halda, söydürmək deməkdir. Bu baxımdan, demək olar ki, yaxın vaxtlarda "Milli Şura"nın sədri Cəmil Həsənli xaricə, AXCP sədri Əli Kərimli kəndinə, Müsavatın keçmiş başqanı İsa Qəmbər və indiki başqanı Arif Hacılı isə arxivə gedəcəklər. Artıq bunun ilkin işartıları da görünməyə başlayıb. C.Həsənli tez-tez Londonda yaşayan övladının yanına gedir, hətta orada onun ev aldığı da bildirilir. Bu baxımdan, yaxın günlərdə onun Londonda aldığı evinə daimi yaşamaq üçün köçməsi təəccüblü görünməyəcək. AXCP sədri Əli Kərimlini əmisi oğlu, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov isə "Səs" qəzetinə açıqlamasında bildirdi ki, nəslin ağsaqqalı olaraq Ə.Kərimlinin anormal fəaliyyətindən, Kərimovlar nəslini gözdən salan əməlləri bizdə ciddi narahatlıq doğurub: "Bu baxımdan, biz Kərimovlar nəsli qərar vermişik ki, Bakıya gedib, onu kəndə gətirək. Gəlsin kənddə mal-qoyunla, əkin-biçinlə məşğul olsun. Bununla, həm ailəsinə, həm də nəslimizə xeyir vermiş olar". Hazırkı məqamda, Müsavat daxində ciddi təlatümlərin yaşanması bu partiyanın dağılmasını reallığa çevirib. Söz yox ki, Müsavatın dağılması ilə artıq heç kimə və heç nəyə lazım olmayan İ.Qəmbər və A. Hacılı özləri istəmədən belə, tarixin arxivinə getməli olacaqlar. "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev də deyir ki, Ə.Kərimli, A.Hacılı, C.Həsənli, İ.Qəmbər və digər dağıdıcı partiya sədrlərinin fəaliyyətlərinin araşdırılmasına zərurət var: "Bu adamların fəaliyyəti ciddi şəkildə araşdırılsa, kifayət qədər cinayət əməlləri üzə çıxar. Ə. Kərimli öz liderini zəhərləyib öldürən adamdır. Elçibəy xəstə yatağında olanda, Əli Kərimli "Azadlıq" qəzetində onun ünvanına qeyri-etik yazılar yazdırırdı. Elçibəyin cənazəsi gələn gün Ə.Kərimlinin sifarişi ilə Azadlıq qəzetinin manşetində onu təhqir eləmişdilər. İndi belə bir adamdan nə gözləmək olar? Ə. Kərimli də İ. Qəmbər də xarici qüvvələrə işləyirlər, ordan maliyyə alırlar və bu yolla ölkədə qarışıqlıq salmağa çalışırlar. Hesab edirəm ki, radikal müxalifətin xariclə əlaqələri, bank hesabları, yaxın ətrafının maliyyə qaynaqları da araşdırılmalıdır. Əgər dərindən araşdırma aparılsa, onları həbsə atmaq üçün kifayət qədər əsas tapmaq olar".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə