"Qum-çınqıl karxanaları 12,3 milyon manat cərimələnib"

“Keçən il qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı ətraf mühitə dəyən ziyanla bağlı 97 fiziki və hüquqi şəxs cərimələnib”. SİA-nın məlumatına görə, bunu Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabanda bildirib.

N.Məmmədov deyib ki, 97 fiziki və hüquqi şəxs ümumilikdə 12,3 milyon manat cərimə edilib.

Baş nazir söyləyib ki, 2018-ci ildə ölkəmizin hərbi sənayenin artırılması, ordu quruculuğunun təkmilləşdirilməsi, ordumuzun silah-sursatla təmin edilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb: "Ordumuz raket sistemləri, hava hücumundən müdafiə vasitələri, pilotsuz uçan aparatlar və digər təchizatlarla təmin olunub. Ötən il Azərbaycada keçirilən iki möhtəşəm hərbi paradda bu silahların nümayiş etdirilməsi buna əyani sübutdur.

N.Məmmədov qeyd edib ki, 2018-ci ildə Naxçıvanda həyata keçirilən uğurlu hərbi əməliyyat nəticəsində 1993-cü ildən düşmənin nəzarətində olan Günnüt məntəqəsi işğaldan azad edilib: " Azərbaycanda fəaliyyət göstərən müdafiə sənayesi müəssiələri tərəfindən 1200 adda məhsul istehsal edilərək sifarişçilərə təhvil verilib. 2018-ci ildə Bakı şəhərində keçirilən ADEX sərgisində müdafiə imkanlarımız nümayiş etdirilib. Silahlı Qüvvələrə Yardım Fonduna 8.4 milyon manat ianələr daxil olub".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə