Komitə sədrindən sürüşmə zonasında yaşayan məcburi köçkünlərlə bağlı AÇIQLAMA

Qaçqınların və Məcburi Köçkyünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bayıl sürüşmə zonasındakı 27 məcburi köçkünlə bağlı məsələyə münasibət bildirib. SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlama verən komitə sədri bildirib ki, Bayıl sürüşhmə zonasında yaşayan 27 məcburi köçkün ailəsi məsələ ilə bağlı Dövlət Komitəsinə müraciət edib, görüş keçirilib.

R.Rzayev deyib ki, həmin məcburi köçkün ailələr həmin ərazidə yaşamaq üçün özlərinə şərait yaradıblar: “Yerli hakimiyyət orqanları, maraqları olan səlahiyyətlilər həmin məburi köçkün ailələri ilə bağıl fikirlərini səsləndirməlidirlər. Həmin ailələr bu gün dövlətin bu gün köçkürmə qeydiyyatında olan insanlar deyillər. Yeni salınmış qəsəbələrdə ağır vəziyyətdə olan, yataqxana, baxçalarda yaşayan məcburi köçkünləri prioritet kimi müəyyənləşdirmişik. Biz bu istiqamətdə də fəaliyyət göstəririk. Bu cür kateqoriyada olan insanlarırı gələcəkdə nəzərdə tutmuşuq. Bu mvqeyimizi də dövlətə çatdırmışıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə