Biz, “düşmən iş başındadır” deyərkən... FAKT

Sənan Nəcəfov: “Leyla Yunus o adamdır ki, hüquq müdafiəçisi qismində indiyə qədər müdafiəsinə qalxdığı 27 nəfərin 26-sı(!) ermənidir!”

“Sülh və Demokratiya İnstitu”nun direktoru adı altında “hüquq müdafiəçiliyi” edərək, bütün fəaliyyətini erməni maraqlarının müdafiəsinə həsr edən Leyla Yunusun istər keçmiş, istərsə də hazırkı fəaliyyəti barədə çoxları kifayət qədər məlumatlıdır. Bu mənada, biz Leyla Yunusun AXC-Müsavat hakimiyyəti zamanında Müdafiə Nazirliyinin Analitika və İnformatika şöbəsində vəzifə sahibi olarkən, müxtəlif vasitələrlə Silahlı Qüvvələrimizin hərəkət trayektoriyalarını, taktiki planlarını düşmənə müəyyən işarələrlə satmasını xatırlaya bilərik. Təkcə bu amil, L.Yunusun işğalçılara necə işləməsini sübut edən çoxsaylı faktlardandır. Əbəs deyil ki, onun erməniçiliyə olan sevgisi bu gün də davam edir. Ümumiyyətlə, “SDİ” rəhbərinin xarici ölkələrdə fəaliyyət göstərən erməni QHT-ləri ilə davamlı münasibətlərdə olması, hazırkı zamanda onun Avropada aşkar şəkildə ermənilərlə iş birliyi qurması bu faktların sonsuz dərəcədə çox olduğunu təsdiq edir.

Leyla Yunusun Emin Hüseynovla Xocalı şəhidlərimizi məsxərəyə qoymaları, qızı Dinar Yunusun əsgərlərimizə “qoy daha çox gəbərsinlər” statuslu faktı unudulmayıb!

O da əbəs deyil ki, L.Yunus həbs olunarkən, onun qızı Dinara Yunus cəbhədə şəhid olan hərbçilərimizə daxilindəki düşmənçilik nifrinlərini tökərək, “qoy daha çox gəbərsinlər” statusunu “odnoklassniki” sosial şəbəkəsində bölüşmüşdü.

Bunun ardınca, L.Yunusun özü qədər erməni sevdaısı olan digər “hüquq müdafiəçisi” Emin Hüseynovla birgə keçirdiyi mətbuat konfransında Xocalı soyqırımında şəhid olmuş insanlarımıza qarşı ermənilərin belə sərgiləmədiyi münasibəti nümayiş etdirmələri, ələ salıb, çəpik çalmaları bu acı reallığın bariz sübutlarındandır. Beləliklə, biz eyni zamanda, L.Yunusun erməni qanı daşımasının nəticəsi olaraq, bir daha əminliklə deyə bilərik ki, bu ünsür bilavasitə Azərbaycan dövlətinin və xalqının yağı düşmənidir.

“Başındakı “kosınka”nı da elə bağlayırdı, sanardın, məşhur konfet obrazı – “Alyonuşka”nın məsumluğu çöküb bunun simasına”

Bu arada, qhtxeber-in baş redaktoru Sənan Nəcəfovun L.Yunusla bağlı sosial şəbəkədə ictimailəşdirdiyi fikirləri maraq doğurub. SİA xəbər verir ki, #beforeLeyla #afterYunus həştəqi ilə paylaşılan fikirdə bildirilir ki, L.Yunus yenə qayıdıb öz obrazına və “Şərəfsiz qiyafə”sini əyninə geyinib. Baş redaktor xatırladıb ki, L.Yunus həbsdə olarkən, özünü erməni bicliyinə və “məzlumkeşliyinə” qoyaraq, yazıq obrazı alıb, bu vasitəylə hakimiyyətin yükək siyasi elitasının qarşısında aciz olduğunu göstərməyə çalışıb. Beləliklə, “Bir-iki kəlmə də Leyla Yunus haqda deyim, ürəyim boşalsın”, yazan S.Nəcəfov qeyd edib ki, bu adamın quyruğu qapı arasında qalanda, iki saata aldığı vizası bir işə yaramayanda, məhkəmədə bütün fəaliyyəti ifşa olunanda “içəridən” bol-bol üzrxahlıq mesajları, müraciətləri göndərirdi: “Yazıq görkəmi almışdı. Başındakı “kosınka”nı da elə bağlayırdı, sanardın, məşhur konfet obrazı – “Alyonuşka”nın məsumluğu çöküb bunun simasına. Həmin ərəfədə Azərbaycanın siyasi elitasında qərarlaşanlar haqda demədiyi tərif, demədiyi xoş söz qalmadı. Ardınca, ay ömrümün sonudur, ay təzyiqim 220-dən düşmür, ay balamı görmədən öləcəm, ay dad-bidad, yalvarışlar, imdadlar...”

“Şərəfsiz qiyafə”sini yenə əyninə geyindi. Maska cırıldı. Dili açıldı!”

Lakin hakimiyyətin humanizm prinsipindən yararlanaraq, həbsdən azad olunandan və xaricə çıxandan sonra dərhal öz köhnə peşəsinə geri dönən L.Yunmus yenidən erməni sevgisini, Azərbaycan dövlətinə qarşı düşmənçilik mövqeyini ortaya qoyub: “...Ölkədən çıxan kimi oldu şir, pələng, canavar. “Kasınka” çıxdı, saç getdi “ukladka”ya. Təzyiq düşdü. Ölüm, övlad, tərif, imdad unuduldu. Yenə qayıtdı öz obrazına - erməni qanından, erməni xislətindən formalaşan genetik obrazına! Dublikatından imtina edib əslinə doğru yön aldı. “Şərəfsiz qiyafə”sini yenə əyninə geyindi. Maska cırıldı. Dili açıldı!

1992-də də açılmışdı həmin dil. Yenə erməni “bacı -qardaşlar”ının xeyrinə, səmtinə. Bəli, diqqətli olun: Leyla Yunus o adamdır ki, indi rəğbət bəslədiyi ermənilərlə müharibənin ən şiddətli vaxtında Müdafiə Nazirliyində “Analitika və İnformatika” şöbəsinə rəhbərlik edib və...

Leyla Yunus o adamdır ki, beynəlxalq tədbirdə rusca sərrast danışdıqdan sonra jurnalistin “öz dilinizdə niyə məruzə etmirsiniz?” - sualına: “mən azərbaycanca yalnız söyüş söyə bilirəm” – cavabını verib!

Leyla Yunus o adamdır ki, hüquq müdafiəçisi qismində indiyə qədər müdafiəsinə qalxdığı 27 nəfərin 26-sı(!) ermənidir!”

Nəticə olaraq, haqlı ittihamlar arxasından görünən budur ki, “biz düşmən iş başındadır” deyərkən, onlardan biri kimi L.Yunusu göstərə bilərik. Hər halda, bütün faktlar və sübutlar da həmin reallığı kifayət qədər təsdiq etmiş olur.

Rövşən RƏSULOV

P.S. Leyla Yunusun bu yaxınlarda Avropa Parlamentində erməni lobbisi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycan xalqını “varvar”, “qəsbkar” və “vəhşi” kimi təqdim etməsi artıq onun barəsində ciddi, o cümlədən, sərt tədbirlər görülməsi vaxtının çatdığından xəbər verir…

Bütün xəbərlər Facebook səhifəmizdə