"Azərbaycada həyata keçirilən islahatların nəticələri göz qabağındadır"

“2018-ci il ölkəmizin sosial həyatında ciddi il olub. Ölkə başçısının Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında söylədiyi kimi, 2018-ci il Azərbaycanda dərin islahatlar ili oldu. Bu islahatların nəticələri göz qabağındadır. Görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib”. SİA-nın xəbərinə görə, bunu spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Spiker söyləyib ki, cari ilin əvvəlində minimum əmək haqlarının, təqüdlərin, pensiyaların, artırılması və digər sosial addımlar Azərbaycanda həyata keçirilən uğurlu siyasətin, islahatların nəticəsidir.

Aparıcı beynəxlalq təşkilatlar tərəfindən də Azərbaycanda həyata keçirilən islahatların yüksək qiymətləndiriildiyini deyən O.Əsədov söyləyib ki, Dünya Bankının hesabatında ölkəmiz əvvəlki hesabatlarla müqayisədə 22 pillə irəliyib: "Digər hesabatlıarda da Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ötən il bir sıra uğurlu layihələrin icrası ilə yadda qalıb. İqtisadiyyatın şaxələndirilməsi, aqrar sahəyə diqqət daha da artırılıb. 2018-ci ildə valyuta ehtiyyatlarımız artaraq 45 milyarda çatıb".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə