"Azərbaycan qlobal mərkəz statusunu qazanıb” ÖZƏL-MÜNASİBƏT

“Ümummiyyətlə elə zaman olub ki, Azərbaycan bu cür tədbirlərə ev sahibliyi edəndə bizə bir qədər təəccüblü gəlirdi, həm də qeyri-adi görünürdü. Çünki belə şeylərə alışmamışdım. Amma son illər aparılan siyasət ona gətirib çıxarıb ki, Azərbaycan artıq qlobal bir mərkəzə çevrilib və dünyanın ən sayılıb-seçilən tədbirləri Azərbaycanda keçirilir. Təbii ki, o tədbirlərdən biri də bu gün Azərbaycanda keçirilən VII Qlobal Bakı Forumudur”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu Forum dünyanın diqqətinin növbəti dəfə Azərbaycanda olmasına gətirib çıxaracaq: “Eyni zamanda biz unutmamalıyıq ki, bu Forumda dünyanın ən aparıcı ölkələrinin ən sayılıb-seçilən təmsilçiləri iştirak edir. Yəni belə tədbirlərin Azərbaycanda davamlı şəkildə xüsusilə də yüksək səviyyədə keçirilməsi, eyni zamanda cənab Prezidentin şəxsən özünün diqqət və nəzarəti altında keçirilməsi ona gətirib çıxarır ki, Azərbaycan dünyada özünün imicini daha da möhkəmləndirir. Bu baxımdan VII Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək dəyərləndirirəm.

Düşünürəm ki, belə tədbirlərimizi mütləq şəkildə davam etdirmək lazımdır. Azərbaycan dövlətinin strategiyası ona hesablanıb ki, biz qlobal mərkəz kimi özümüzü təsdiq edək, dünya dövlətləri də Azərbaycanı regional bir mərkəz, kiçik bir Qafqaz ölkəsi kimi qəbul etməsin. Məhz qlobal bir mərkəz kimi qəbul etsinlər. Azərbaycan bu gün həmin tədbirlərin hesabına artıq bir qlobal mərkəz statusunu qazanıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...