Cəmil Çiçək: "VII Qlobal Bakı Forumu ölkələr üçün faydalı toplantıdır" AÇIQLAMA-ÖZƏL

“VII Qlobal Bakı Forumu həm Azərbaycan, həm də burada müzakirə olunan mövzular baxımından forumda iştirak edən ölkələr üçün faydalı, əhəmiyyətli toplantıdır”. Bunu SİA-ya açıqlamasında Türkiyə parlamentinin sabiq sədri Cəmil Çiçək deyib.

O bildirib ki, forumda edilən çıxışlar çox mühümdür: “Çünki, hazırda dünyada həllə ehtiyacı olan məsələlər var ki, onları yaşamaq məcburiyyətindəyik. Onların bu cür forumlar vasitəsilə gündəmə gətirilməsi, həll yollarının tapılması çox önəmlidir ”.

Sabiq spiker qeyd edib ki, Azərbaycanın belə bir foruma ev sahibliyi etməsi, onun özü üçün çox önəmlidir: "Çünki, Azərbaycan bundan öncə də belə mühüm tədbirləri çox uğurla həyata keçirməyi bacarıb. Belə tədbirlər Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsi baxımından çox faydalıdır".

C. Çiçək ümumilikdə forumu əhəmiyyətli hesab edərək, belə tədbirin keçirilməsinə görə, Azərbaycan Prezidentinə və Azərbaycan dövlətinə öz təşəkkürünü bildiririb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...