AŞPA-nın komitə iclası keçiriləcək

Martın 18-də Fransanın Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı Elşad Həsənov iştirak edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, iclasda Müstəqil araşdırmalar mərkəzinin AŞPA çərçivəsində korrupsiyaya dair iddialar barədə hesabatı dinləniləcək, komitənin verdiyi nəticələrin və tövsiyələrin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparılacaqdır.

Səfər martın 19-da başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə