İslahatlar vətəndaşların rifahının yüksəlməsinə yönəlib

Bu gün YAP Quba rayon təşkilatının akt zalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzaladığı son fərman və sərəncamlardan irəli gələn məsələlərin müzakirəsi və sosial şəbəkələrlə işin gücləndirilməsi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, ölkənin sosial-iqtisadi inkişafının yüksəldiyini qeyd edərək, dünyada söz sahibi olan dövlətə çevrildiyini bildirib. Artıq bir neçə ildir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar həyata keçirilməkdədir. Rayon təşkilatının sədri bildirib ki, cari ilin başlanğıcından etibarən dövlət başçısı sosial sfera ilə bağlı əhəmiyyətli sərəncamlar və fərmanlar imzalayıb: "Ölkə rəhbərinin şəhid ailələri, müharibə veteranları və əlilləri, məcburi köçkünlərin problemlərinin həlli, minimum əməkhaqqının, tələbələrin və doktorantların təqaüdlərinin artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı sərəncamları, gənclərin sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin həllini təmin etmək məqsədilə gördüyü genişmiqyaslı işləri ölkə vətəndaşlarındə böyük məmnunluq yaradıb".

Tədbirdə çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatı qadınlar şurasının sədri Aysel Şeydayeva, YAP Quba rayon təşkilatı gənclər birliyinin sədri Habil Bayramlı Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyindən söz açaraq, aparılan sistemli islahatların hər bir vətəndaşın rifahının yüksəlməsinə yönəldiyini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə