ADAU-da YAP sıralarına yeni qoşulan gənclərlə görüş keçirilib

Bu gün ADAU-nun Aqronomluq fakültəsində YAP sıralarına yeni üzv olmuş tələbə-gənclərlə görüş keçirilib. Görüşü ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə respublika rəhbərliyinə gəlişindən sonra respublikanın inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaratdığını bildirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının qarşısında yeni-yeni imkanlar açdığını və yeni hədəflər müəyyənləşdirdiyini bildirib. Gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olan Gəncə gəncləri də ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd edib.

Tələbələrdən aqronolmuq ixtisasının III kurs tələbəsi Gülşən Nəbiyeva , torpaqşünaslıq və aqrokimya ixtisasının I kurs tələbəsi Hasil Səfərli çıxış edərək, YAP-ın üzvü olduqlarından qürür hissi keçirdiklərini bildiriblər.

Sonda YAP sıralarına yeni üzv olmuş 180 nəfərdən çox tələbə gəncə partiya vəsiqələri təqdim edilib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə