Eldəniz Səlimov: “Azərbaycanın hərbi təlimləri Ermənistanı qorxuya salıb” MÜSAHİBƏ

Millət vəkili Eldəniz Səlimovun SİA-ya müsahibəsi

- Eldəniz müəllim, Paşinyanın Ermənistanın Təhlükəsizlik Şurasının iclasını işğala edilən Azərbaycan ərazisində keçirməsi və sərsəm bəyanatlarla çıxışlar etməsi bu dövlətin münaqişənin sülh həllinin uzadılmasına cəhdləri kimi qiymətləndirmək olar?

- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli həlli ilə bağlı verdikləri bəyanat Paşinyanın sərsəm fikirlərinin alt-üst edilməsi deməkdir. Lakin Paşinyan ATƏT-in bu bəyanatına məhəl qoymayaraq Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Azərbaycanın işğal olunmuş torpaqlarında Xankəndində keçirdi. Buda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl yaradan səbəblərdən biridir. Belə çıxır ki, Paşinyan münaqişənin sülh yolu ilə həllinə maneçilik yaradır.

- Ermənistanın hakim rejiminin beynəlxalq hüquq normalarını pozmaqla dünya birliyinə hörmətsizlik nümayiş etdirdiyini demək olarmı?

- Paşinyanın anormal hərəkətləri və sərsəm bəyanatları ATƏT-in qərarlarına ziddir və saymazyana münasibətdir. Deməli Paşinyanda özündən əvvəlki rəhbərlərin səhvlərini davam etməklə münaqişənin həllini uzatmaq məqsədini güdür. Bəlkə də Paşinyanın Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirməsi Azərbaycanın geniş miqyaslı təlimlərin başlanmasının müzakirəsinə yığışıblar. Ölkədə belə təlimlərin keçirilməsi Ermənistan rəhbərliyini çox narahat edir və qorxuya düşürlər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Təhlükəsizlik Şurasının Xankəndində keçirilməsinə heç bir reaksiya verməməsi, gözləmə mövqeyində durması təəccüb doğurur. Ola bilsin ki, Minsk Qrupunun həmsədrləri kimlərdənsə komanda gözləyir.

- Cəbhədə erməni təxribatları baş verə bilərmi və bu halda Azərbaycan sərt cavab tədbirləri görsə, dünya birliyinin reaksiyası necə ola bilər?

- Söz yox ki, cəbhədə erməni təxribatları baş verərsə Azərbaycan bir daha öz gücünü nümayiş etdirməklə onlara tutarlı cavab verəcəyi mütləqdir. Bu gün Azərbaycan ordusu qüdrətli bir ordudur. İstənilən vəziyyətdə öz torpaqlarını azad etməyə qadirdir və hazırdır.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə