Ağcabədidə millət vəkilinin yaradıcı şəxslərlə görüşü keçirilib

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında millət vəkili Tahir Rzayevin Ağcabədi rayonunun yaradıcı şəxsləri, şair və yazarlarla görüşü keçirilib. Görüş zamanı çıxış edən millət vəkili Tahir Rzayev son zamanlar Möhtərəm Prezidentimiz İlham Əliyevin vətəndaşların firavan yaşayışını və həyat tərzini yüksək səviyyədə təmin edən sərəncamlar və ölkənin tanınmış mədəniyyət işçiləri və yaradıcı insanlarla səmimi görüşündən, bu görüşün əhəmiyyətindən geniş söhbət açıb. Millət vəkili son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq-abadlıq işlərindən, bölgələrimizin tanınmaz dərəcədə inkişaf edərək, gözəl bir diyara çevrilməsini xüsusi vurğulayıb: "Regionların sosial-iqtisadi inkişafı dair dövlət proqramlarının uğurla icra edilməsi, digər regionlar kimi, doğma Ağcabədimizin də simasının dəyişməsinə böyük təkan verib. Son illər Ağcabədidə geniş tikinti-abadlıq və quruculuq işləri həyata keçirilmiş, yeni məktəblər, səhiyyə və mədəniyyət ocaqları tikilmiş və ya əsaslı təmir edilmiş, şəhərə gözəllik verən inzibati binalar inşa olunmuş, yeni iş yerləri açılmış, əhalinin rifahının yaxşılaşması üçün xeyli infrastruktar layihələr həyata keçirilmişdir".Görüşdə şair Zahid Eloğlu, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədr müavini Məhsəti Ağayeva, mədəniyyət işçisi, şair Gündüz Sevindik, şairlər Xəzangül Qədimli, Vəli Qurbanoğlu və Adil Misirli çıxış edərək, dövlət başçısının həyata keçirdiyi proqramların uğur və əhəmiyyətindən və Prezidentin son zamanlar imzaladığı sərəncam və fərmanların əhalinin rifah halına, yaşayış tərzinə yüksək təminat verəcəyindən danışıblar.Görüş iştirakçıları istək-arzularını və təkliflərini də söyləyiblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə