Ermənistanda etiraz aksiyası: xəsarət alanlar var

Yerevandakı etiraz aksiyasında xəsarət alan bir polis və bir mülki şəxs xəstəxanaya yerləşdirilib. SİA Ermənistanın aysor.am saytına istinadən xəbər verir ki, İrəvan Opera Teatrının binasına bitişik ərazidə bir sıra kafelərin sökülməsinə etiraz olaraq bir polis, eyni zamanda bir vətəndaş yaralanıb və xəstəxanaya yerləşdirilib. Bu barədə İrəvanın I Klinik Xəstəxanası rəhbərinin müavini Şuşan Danielyan məlumat verib.

Onun sözlərinə görə, 1992-ci il təvəllüdlü polis baş nahiyyəsindən aldığı xəsarətə görə, 1953-cü il təvəllüdlü mülki şəxs isə belindən yaralandığı səbəbindən xəstəxanaya yerləşdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə