Ermənistanda nazir müavini vəzifəsindən azad edilib

David Paxçanyan Ermənistanın müdafiə nazirinin müavini vəzifəsindən azad edilib. SİA news.am saytına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə David Paxçanyan müdafiə nazirinin müavini vəzifəsindən azad edilib. Ermənistana məxsus mətbuat səhifəsində qeyd olunur ki, bu barədə baş nazirin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Nikol Paşinyan 2018-ci il iyunun 11-də onu Ermənistan Dövlət Hərbi-Sənaye Komitəsinin sədri vəzifəsindən azad edərək müdafiə nazirinin müavini təyin etmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...